AZ

Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib.

Publika.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, görüşdə Qəbələ və Oğuz rayonlarından olan sakinlər iştirak ediblər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Qəbul zamanı "Azərişığ"ın fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Seçilən
9
2
publika.az

10Mənbələr