AZ

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib - FOTO

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi - Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

Müdafiə Nazirliyindən Day.Az-a bildirilib ki, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib. 

Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.

  • Azərbaycanla
  • Azərbaycanla
  • Azərbaycanla
  • Azərbaycanla
  • Azərbaycanla
  • Azərbaycanla
Seçilən
14
26
day.az

10Mənbələr