AZ

Millimiz Moldovaya qalib gəldi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada baş tutan ilk yoldaşlıq görüşünü qələbə ilə tamamlayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 19 yaşadək futbolçularımız təlim-məşq toplanışı zamanı Moldovanın eyni yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Vadul-lui-Voda şəhərində Texniki Mərkəzdə təşkil olunan matç millimizin 2:1 hesablı zəfəri ilə yekunlaşıb.

Yığmamızın heyətində qolları oyunun 61-ci dəqiqəsində Nicat Nərimanov, 82-ci dəqiqəsində isə İbrahim Babayev vurublar.

Xatırladaq ki, tərəflər arasındakı növbəti yoldaşlıq qarşılaşmasının fevralın 27-də keçirilməsi planlaşdırılır.

Seçilən
8
1
manset.az

2Mənbələr