AZ

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr əldə ediblər - FOTOLAR

24 fevral 2026-cı il tarixində Bakı Su İdman sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında üzgüçülük yarışı keçirilib.

QHT.az xəbər verir ki, yarışda Fövqəladə Hallar Nazirliyinin qadın və kişilərdən ibarət komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında 50 metr məsafəyə üzgüçülük yarışında Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva ikinci, Afaq Sultanova isə üçüncü yeri tutublar.

Qadınlar arasında estafet yarışlarında Fövqəladə Hallar Nazirliyinin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmçinin, qarışıq estafet yarışında da FHN-in komandası qızıl medala layiq görülüb.

Kişilər arasında estafet yarışında isə FHN-in komandası gümüş medal qazanmağı bacarıb.

25 fevral 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda iştirak edən əməkdaşlarla görüşüb, onları qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Seçilən
0
6
qht.az

7Mənbələr