AZ

Yaponiyada Microsoft ofislərində axtarış aparılıb

Ölkədə rəqabət mühitinə nəzarət edən dövlət qurumu olan Yaponiya Ədalətli Ticarət Komissiyası (Japan Fair Trade Commission (JFTC)) Microsoft-un Yaponiyadakı ofislərində axtarış aparıb. Bildirilib ki, axtarış şirkətin bulud xidmətləri fəaliyyəti ilə bağlı aparılan rəqabət istintaqı çərçivəsində həyata keçirilib.

Marja xəbər verir ki, Yaponiya mətbuatının yaydığı xəbərlərə görə, qurum Microsoft-un tətbiqlərinin Yaponiya rəqabət qanunvericiliyinə zidd olub-olmadığını araşdırır.

Aparılan istintaq ilə Microsoft-un Azure bulud platforması üzərindən xidmət alan müştərilərin rəqib provayderlərə keçidini çətinləşdirən praktikaların olub-olmaması araşdırılır.

Microsoft Azure qlobal miqyasda ən böyük bulud xidmətləri platformalarından biridir. Platforma əsasən korporativ müştərilərə məlumatların saxlanması, infrastruktur və proqram təminatı həlləri təqdim edir.

Komissiya Microsoft-un müqavilə şərtləri və ya texniki inteqrasiya vasitəsilə müştəriləri digər bulud xidmətlərindən istifadə etməkdən çəkindirib-çəkindirmədiyini yoxlayır.

AWS və Google ilə güclü rəqabət

Azure qlobal bazarda Amazon Web Services və Google Cloud ilə birbaşa rəqabət aparır. Yaponiya isə bulud investisiyalarının sürətlə artdığı bazarlardan biri kimi seçilir.

Yaponiya Ədalətli Ticarət Komissiyası ölkədə rəqabəti məhdudlaşdırdığı müəyyən edilən şirkətlərə qarşı sanksiya tətbiq etmək səlahiyyətinə malikdir. Microsoft-un Yaponiyadakı fəaliyyəti şirkətin Asiya-Sakit okean regionunda ən mühüm əməliyyat istiqamətlərindən biri hesab olunur.

Seçilən
13
1
marja.az

2Mənbələr