AZ

Uşaqlara içki qadağası

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İspaniyada azlıq təşkil edən sol koalisiya hökuməti 16 yaşından kiçik uşaqlara enerji içkilərinin, 18 yaşından kiçiklərə isə həddindən artıq kofein tərkibli içkilərin satışını qadağan etmək üçün fəaliyyətə başlayıb."Cebheinfo.az" xəbər verir ki, Səhiyyə Nazirliyi və İstehlak Nazirliyinin həyata keçirdiyi bu təşəbbüslə enerji içkilərinin satışına məhdudiyyətlərin gətirilməsi nəzərdə tutulur.Məsələ ilə bağlı hesabat dərc edən Səhiyyə Nazirliyi vurğulayıb ki, enerji içkilərinin səbəb ola biləcəyi yuxusuzluq, təşviş və taxikardiya kimi problemlər gənclər arasında kifayət qədər bilinmir.

Hesabatda qeyd olunub ki, İspaniyada 14-18 yaş arası uşaqların 38,4%-i son bir ay ərzində ən azı bir enerji içkisi qəbul edib.

İstehlak Nazirliyi də 16 yaşından kiçiklərə bütün enerji içkilərinin, 18 yaşından kiçiklərə isə hər 100 millilitrində 32 milliqramdan çox kofein olan içkilərin qadağan edilməsi üçün hərəkətə keçdiyini açıqlayıb.

Hökumət rəsmiləri enerji içkilərinin satışına məhdudiyyət qoyulmasının cəmiyyət tərəfindən ümumilikdə dəstəklənəcəyini müdafiə edirlər. İspaniya Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) son dərc etdiyi sorğuya əsasən, ölkədə hər on nəfərdən doqquzu yetkinlik yaşına çatmayanlar üçün bu məhsulların istehlakının məhdudlaşdırılmasını dəstəkləyir.

AESAN-ın məlumatlarına görə, İspaniya əhalisinin 25%-i enerji içkisi istehlak edir. Enerji içkisi içənlərin demək olar ki, yarısı (49%-i) gündə ən azı bir qab qəbul edir, 47%-i isə ekspertlərin kifayət qədər təhlükəli hesab etməsinə baxmayaraq, bu içkini alkoqol ilə qarışdırır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr