AZ

İKTA-nın təşkilatçılığı və MEDİA-nın dəstəyi ilə media nümayəndələri üçün praktik təlim keçirilib (FOTO)

Bakı. Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA)təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə medianümayəndələri üçün “A-dan Z-yə internet: media üçün praktik təlim”təşkil olunub.

Trend xəbər verir ki,tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyatnazirinin müşaviri Rəşad Bayramov ölkədə rəqəmsallaşmaya vərəqəmsal savadlılığın artırılmasına xüsusi önəm verildiyinibildirib. O qeyd edib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsindəölkənin bütün ərazilərində sabit genişzolaqlı internetə çıxışimkanı yaradılıb.

Bildirilib ki, 2020-ci ilin sonunda ölkə üzrə median yükləməsürəti təxminən 10 Mbit/s olduğu halda, 2025-ci ilin sonunda bugöstərici 90 Mbit/s-yə yüksəlib. Bu artım son illərdə internetinfrastrukturunun modernləşdirilməsi istiqamətində atılanaddımların nəticəsidir.

İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov çıxışındatelekommunikasiya sahəsində aparılan islahatların əsasprioritetlərindən birinin xidmət keyfiyyətinin yüksəldilməsiolduğunu vurğulayıb.

O bildirib ki, dayanıqlı infrastrukturun formalaşdırılması,şəffaf bazar mühitinin təmin olunması və vətəndaş məmnunluğununartırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Sədr qeyd edib ki, jurnalistlər üçün təşkil olunan təlimin əsasməqsədi internetlə bağlı mövzularda ictimaiyyətin daha düzgün vəobyektiv məlumatlandırılmasına töhfə vermək, texniki anlayışlarınsadə və dəqiq formada izahını təşviq etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorununmüavini Natiq Məmmədli isə sahəvi jurnalistikanın inkişafınınəhəmiyyətini vurğulayaraq bildirib ki, ixtisaslaşmış və peşəkaryanaşma media məzmununun keyfiyyətini artırır və cəmiyyətin düzgünməlumatlandırılmasına xidmət edir. Onun sözlərinə görə, müasirtexnologiyalar sahəsində biliklərin artırılması jurnalistlərinpeşəkar inkişafında mühüm rol oynayır.

Təlim çərçivəsində iştirakçılara internetin işləmə prinsipləri,sürət və keyfiyyət anlayışları, “Wi-Fi” texnologiyaları, modem vədigər avadanlıqların rolu, ölçmə metodları, eləcə də internetproblemlərinin düzgün diaqnostikası ilə bağlı praktik vətətbiqyönümlü məlumatlar təqdim olunub.

İnteraktiv sessiyalar zamanı jurnalistlərin tez-tez qarşılaşdığısuallar real nümunələr əsasında müzakirə edilib, internet sürətinətəsir edən faktorlar sistemli şəkildə izah olunub və media üçündüzgün terminologiya və yanaşmalar açıqlanıb.

Təlim İKTA-nın sahə üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindənaparılıb. Həmçinin telekommunikasiya xidmətlərinin tənzimlənməsi,mövcud beynəlxalq trendlər və tənzimləyici mexanizmlər barədəətraflı məlumat verilib, iştirakçıların suallarıcavablandırılıb.

Bu cür maarifləndirici təşəbbüslər ictimaiyyətin internet vərəqəmsal xidmətlər barədə düzgün məlumatlandırılmasına, mediadayanlış anlayışların qarşısının alınmasına və tənzimləyici qurumlaraictimai etimadın artırılmasına xidmət edir.

Qeyd edək ki, bu təşəbbüs İKTA və MEDİA arasında tərəfdaşlıqçərçivəsində həyata keçirilən ilk tədbirdir. Gələcəkdə jurnalistlərvə müxtəlif hədəf qrupları üçün analoji maarifləndirici təlimlərinkeçirilməsi nəzərdə tutulur.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

İKTA-nın
İKTA-nın
İKTA-nın
İKTA-nın
İKTA-nın
İKTA-nın
İKTA-nın
Seçilən
2
10
az.trend.az

10Mənbələr