AZ

Daha bir bölgə klubu öz evindən uzaq düşdü

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İkinci Liqada mübarizə aparan "Şəki Siti" komandası bir müddət "doğma divarlar" arasında çıxış edə bilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Məlumatda bildirilib ki, bölgə təmsilçisi ev matçlarını Zaqatalada oynamalı olacaq:

"Şəki şəhər stadionu Peşəkar Futbol Liqasının təftiş qrupu tərəfindən qəbul edilənə qədər "Şəki Siti" ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək".

Qeyd edək ki, sözügedən komanda hazırda 2-ci liqada 26 xalla 4-cüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
sport24.az

1Mənbələr