AZ

Təhsil qurumundan ard arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi növbəti tenderini elan edib.

Valyuta.az xəbər verir ki, tender peşə emalatxanalarının satın alınması ilə bağlıdır. İdarə tərəfindən elan edilən satınalmanın ehtimal olunan dəyəri 2 milyon 759 min 250,27 manatdır. Müsabiqə 4 aprel tarixinədək davam edəcək.

Qeyd edək ki, bu, qurumun cari ildə elan etdiyi artıq 4-cü tenderdir. Bundan əvvəl idarə bərk bioyanacaq – ağac peleti və odun yanacağının satın alınması üçün 7 milyon 439 min 695,27 manat məbləğində tender elan edib.

Həmçinin, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidməti üzrə iki ayrı tender keçirilib. Bu satınalmaların məbləği müvafiq olaraq 9 milyon 871 min 132,25 manat və 2 milyon 870 min 638,36 manat olub.

Beləliklə, cari ildə elan olunan bu dörd tenderin ümumi məbləği 22 milyon 940 min 716,15 manat təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
qaynarinfo.az

3Mənbələr