AZ

İqtisadçılar Laqardın vaxtından əvvəl gedəcəyini və onun yerinə Knotun gələcəyini gözləyirlər

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadçılar Laqardın vaxtından əvvəl gedəcəyini və onun yerinə Knotun gələcəyini gözləyirlər.

Banco.az xəbər verir ki, “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, Kristin Laqardın səlahiyyət müddəti başa çatmadan Avropa Mərkəzi Bankının (ECB) prezidentliyindən ayrılacağı və onun yerinə Klaas Knotun təyin olunacağı gözlənilir.

Sorğuda iştirak edənlərin yarıdan çoxu Laqardın bu il vəzifəsini tərk edəcəyini proqnozlaşdırır. Respondentlərin təxminən 30 faizi isə onun gələn ilin oktyabrında başa çatacaq səkkizillik səlahiyyət müddətini tam başa vuracağını ehtimal edir.

İqtisadçıların təxminən 57 faizinin fikrincə, əgər o, müddət başa çatmamış vəzifədən ayrılsa, Niderland Mərkəzi Bankının sabiq rəhbəri Knot prezidentlik üçün ən uyğun namizəd olacaq. Onların qənaətinə görə, Laqard səlahiyyət müddətini tamamlayacağı təqdirdə isə, Beynəlxalq Hesablaşmalar Bankının (“BIS”) prezidenti Pablo Ernandes de Kosun bu vəzifəni icra etməsi daha real görünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
banco.az

2Mənbələr