AZ

“Qarabağ”ın legioneri komandadan gedir MÖVSÜMÜN SONUNDA

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.

Cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlinə bilmir. “Köhlən atlar” 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.

Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir. 

Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

II Liqa: XVI turun oyun cədvəli açıqlanıb

AFFA nümayəndələri UEFA-nın seminarında

Qalmaqal və pis gedişat: Adil Şükürovun “Səbail”dəki taleyi

“İmişli”dən növbəti transfer

“Sabah”ın yeni transferi “Qarabağ” qarşı oynayacaq? - ÖZƏL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
23
apasport.az

10Mənbələr