AZ

Boston sakinləri Xocalı soyqırımı haqqında məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

Tarixin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının34-cü ildönümü ilə əlaqədar ABŞ-nin Boston şəhərində LED ekranlıavtomobillərin iştirakı ilə məlumatlandırıcı aksiya keçirilib.

Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasınıntəşkilatçılığı ilə aksiya Bostonun ən intensiv hərəkətli vəstrateji əhəmiyyətli küçə və meydanlarında baş tutub.

LED ekranlı avtomobillər Boston Şəhər İdarəsinin və Massaçusettsştatının Qubernator Evinin qarşısından keçərək Copley meydanındahərəkət edib. Xocalı ilə bağlı tarixi həqiqətləri genişictimaiyyətə çatdırmaq üçün avtomobillər şəhərin mərkəzi küçələri –Boylston, Tremont, Vaşinqton və Bikon istiqamətlərində də yürüşediblər.

Ekranlarda ölkəmizin tarixində dərin iz buraxan Xocalıfaciəsinin ağır nəticələrini göstərən şəkillər, ədalətə çağırışmesajları, yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətəqarşı törədilən cinayət hadisəsi barədə geniş məlumatlar nümayişolunub. Həmçinin Xocalı həqiqətləri barədə tarixi faktların qeydolunduğu QR kodlar yerləşdirilib.

Aksiya gün ərzində minlərlə şəhər sakini və turist tərəfindənizlənilib, ictimaiyyət arasında geniş maraq doğurub.

Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və NyuYork şəhərində də bu cür genişmiqyaslı məlumatlandırma aksiyasıkeçirilib.

Boston
Boston
Boston
Boston
Boston
Seçilən
3
5
az.trend.az

6Mənbələr