AZ

Qrenlandiyanın hara məxsus olduğunu bilmədi – VİDEO

BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok Qrenlandiyanı səhvən Avropa İttifaqının bir hissəsi adlandırıb. 

NOCOMMENT.az xəbər verir ki, Berbok Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədə bildirib:

“Əgər onlar lap əvvəldən amerikalılara “Dayan, Qrenlandiya da Aİ ərazisidir” deməsəydilər, əlbəttə ki, ABŞ-da bir çoxları bunu ciddiyə almazdılar. Davosda hətta aparıcı qlobal korporasiyaların yüksək vəzifəli şəxsləri məndən soruşdular: Qrenlandiya hazırda Avropa üçün niyə bu qədər vacibdir? Onlar Avropa bazarında fəaliyyət göstərdikləri üçün bunu bilməlidirlər”.

Aparıcı Berbokun səhvini düzəldib və qeyd edib ki, Qrenlandiya Aİ ərazisi deyil. /Unikal/

Seçilən
3
4
nocomment.az

5Mənbələr