AZ

"Çelsi" ekvadorlu gənc ulduz üçün hərəkətə keçdi

Londonun "Çelsi" klubu özünün gənc istedadları toplama strategiyasına sadiq qalaraq növbəti ulduz namizədini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, "zadəganlar" Ekvadorun "İndependiente del Valle" klubunda çıxış edən Patrik Merkadonu transfer etmək üçün rəsmi müraciət ediblər.

Lakin "TEAMtalk"un məlumatına görə, London klubunun bu yolda ciddi rəqibləri var. "Brayton", "Bornmut" və "Fulhem" də futbolçunun xidmətində maraqlıdır və bu klublar Merkadoya birbaşa əsas heyət şansı vəd edə bilərlər.

"Çelsi" isə futbolçunu aldıqdan dərhal sonra "Strasburq"a icarəyə verməyi planlaşdırır ki, bu da oyunçu üçün seçimi çətinləşdirir.

Seçilən
2
1
fanat.az

2Mənbələr