Monteneqro və Şimali Makedoniya prezidentləri Yakov Milatoviç və Qordana Silyanovska-Davkova Azərbaycana səfər edəcəklər.
Newscenter.az bildirir ki, "Report"un Balkan bürosunun məlumatına görə, səfərlər mart ayında baş tutacaq.
Onlar Bakıda martın 12-14-də keçiriləcək XIII Qlobal Forumda iştirak edəcəklər.