AZ

Milli Kitabxanada elmi konfrans keçirildi FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

25 fevral 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ” mövzusunda elmi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planı çərçivəsində təşkil olunub.Demokrat.az xəbər verir ki, açılışda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qurultayın türk xalqlarının milli özünüdərki və elmi əməkdaşlığında mühüm mərhələ olduğunu bildirib, yubiley münasibətilə stenoqrafik hesabatın və fundamental biblioqrafiyanın nəşrinin nəzərdə tutulduğunu qeyd edib.Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qurultayın ideyalarının türk dünyasında milli oyanışa və inteqrasiyaya töhfə verdiyini vurğulayıb, yubiley ili çərçivəsində nəşrlər, bədii-sənədli filmlər və ölkə daxilində, eləcə də xaricdə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.Konfransda Milli Məclisin deputatları, alimlər və ictimai xadimlər çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyətini dəyərləndiriblər. Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev videomüraciətində qurultayın latın qrafikalı əlifbaya keçid, terminologiyanın vahidləşdirilməsi və elmi əlaqələrin möhkəmləndirilməsi baxımından nəticələrini qeyd edib.Tədbir çərçivəsində “Birinci Türkoloji Qurultay – 100” elektron məlumat bazası və virtual sərgi təqdim olunub, yubileyə həsr edilmiş kitab sərgisi təşkil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
demokrat.az

10Mənbələr