AZ

Diz çökməyəcəyik! Orban özündən çıxdı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın neft blokadası və siyasi təzyiq yolu ilə Macarıstanı diz çökdürə bilməyəcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri “Patriota” yutub kanalına müsahibəsində səsləndirib.

Orban bildirib ki, ölkə kifayət qədər strateji ehtiyat toplayıb və buna görə də Ukrayna hakimiyyəti Macarıstandakı seçkilər ərəfəsində xaos yarada bilməyəcək. Baş nazirin sözlərinə görə, neft blokadası Macarıstan iqtisadiyyatını diz çökdürməyəcək.

O əlavə edib ki, Macarıstanın enerji şirkəti MOL dövlət neft ehtiyatlarının istifadəyə verilməsini təklif edib. Həmçinin xammalın Xorvatiya üzərindən dəniz yolu ilə çatdırılması üçün sifariş verildiyi qeyd olunub.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
globalinfo.az

1Mənbələr