Təbrizin “Traktor” klubu İran Futbol Federasiyasından FİFA-ya şikayət edib.
QOL.az xəbər verir ki, bu barədə klub sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Cənubi Azərbacan klubu rəsmi şikayətini üç ayrı bölmə üzrə FİFA-nın baş katibinə göndərib. İdarə heyəti üzvlərinin imzası ilə tərtib olunaraq qeydiyyata alınan bu şikayət aşağıdakı istiqamətləri əhatə edir:
1. Fors-major prinsiplərinin pozulması, oyunun təhlükəsizliyinin təmin edilməməsi və intizam işlərinə baxılmasında ədalətin inkarı.
2.“Traktor” klubuna və onun milli komanda üzvü olan oyunçularına qarşı irqi və etnik ayrı-seçkilik xarakterli davranışların davam etməsi, eləcə də məhkəmə orqanlarının ayrı-seçkiliyə qarşı qaydaların icrasında səhlənkarlığı.
3. ərəzsizlik prinsipinin pozulması və Video Köməkçi Hakim (VAR) protokolunun natamam tətbiqi.
Qeyd edək ki, klub sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın çempionatdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.