AZ

ABŞ-nin sabiq maliyyə naziri Epşteyn qalmaqalına görə Harvarddan gedir

BAKI, 26 fevral. TELEQRAF

ABŞ-nin keçmiş maliyyə naziri və Harvard Universitetinin sabiq prezidenti Larri Sammers universitetdəki bütün akademik və müəllimlik vəzifələrini tərk etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə universitetin nəşri "Harvard Crimson" məlumat yayıb.

Məlumata görə, Larri Sammers Harvardda universitet professoru və Kennedi adına İdarəetmə Məktəbinin Biznes və Dövlət İdarəçiliyi Mərkəzinin həmsədri vəzifəsindən istefa verib. Qərarın onun qalmaqallı maliyyəçi Ceffri Epşteynlə uzun illər davam edən şəxsi əlaqələri ilə bağlı olduğu bildirilir.

Sammers "Harvard Crimson"a ünvanladığı məktubda qərarı çətin adlandırıb və minlərlə tələbə və həmkarına minnətdar olduğunu qeyd edib. O bildirib ki, rəsmi vəzifələrdən azad olduqdan sonra fəxri prezident və təqaüddə olan professor kimi qlobal iqtisadi məsələlər üzrə tədqiqat və analitik fəaliyyətə diqqət yetirməyi planlaşdırır.

Seçilən
66
teleqraf.com

1Mənbələr