AZ

Fiqurlu konkisürmə üzrə Avropa çempionu uşaqlara qarşı zorakılqda ittiham olunur

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

2004-cü il qadın konkisürmə üzrə Avropa çempionu və məşqçi Yuliya Şebeştyen uşaqlara psixoloji və fiziki zorakılıq etməkdə şübhəli bilinir.

İdman.Biz bu barədə Telex-ə istinadən xəbər verir.

Keçmiş macar idmançısına qarşı ittihamlar ilk dəfə 2023-cü ildə irəli sürülüb.

Polis araşdırmanı başa çatdıraraq yetkinlik yaşına çatmayanların həyatına təhlükə olduğunu təsdiqləyib. Macarıstan prokurorları həmçinin cinayətin üç maddəsi üzrə bir nəfəri dindiriblər. Şübhəli ittihamlardan apelyasiya şikayəti verib, lakin onun şikayətinin əsassız olduğu müəyyən edilib.

Şebeştyen dörd Olimpiya Oyunlarında iştirak edib. 2004-cü il Avropa Çempionatında qızıl medalla yanaşı, o, 2003-cü ildə eyni turnirdə bürünc medal qazanıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr