AZ

Rubio: İran ABŞ üçün çox ciddi təhlükə yaradır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 26 fevral, AZƏRTAC

“İran ABŞ üçün çox ciddi təhlükə yaradır və çox uzun müddətdir ki, belədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İran çox sayda ballistik raketə, xüsusən də ABŞ-ni və bölgədəki bazalarını, bölgədəki tərəfdaşlarını təhdid edən qısa mənzilli raketlərə malikdir.

“Həmçinin, onlar ABŞ Hərbi Dəniz Qüvvələrinə təhdid təşkil edən dəniz aktivlərinə malikdirlər. Buna görə də nüvə proqramından başqa, onlar Amerikaya və amerikalılara hücum etmək üçün nəzərdə tutulmuş ənənəvi silahlara sahibdirlər. Sabahkı danışıqlar əsasən nüvə proqramına yönələcək və ümid edirik ki, irəliləyiş əldə edilə bilər”, - deyə dövlət katibi əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
4
azertag.az

6Mənbələr