AZ

Avropa Liqasında 1/8 finala yüksələn bütün komandaların adı bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.

"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də dörd görüş keçiriləcək.

Belə ki, "Srvena Zvezda" klubu "Lill" ilə, "Ferentsvaroş" klubu "Ludoqorets" ilə, "Viktoriya Plzen" klubu "Panatinaikos" ilə, "Ştutqart" isə "Seltik" klubu ilə üz-üzə gələcək.

Digər dörd görüş Bakı vaxtı ilə gecəyarısı start götürəcək. "Bolonya" klubu "Brann"ı, "Selta Viqo" klubu "PAOK"u, "Genk" klubu "Dinamo Zaqreb"i, "Nottingem Forest" isə "Fənərbağça"nı qəbul edəcək.

Xatırladaq ki, "Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyuland" (Danimarka), "Real Betis" (İspaniya), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya) və "Roma" (İtaliya) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.

26 fevral

21:45. "Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa);

21:45. "Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan);

21:45. "Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos" (Yunanıstan);

21:45. "Ştutqart" (Almaniya) - "Seltik" (Şotlandiya).

27 fevral

00:00. "Bolonya" (İtaliya) - "Brann" (Norveç);

00:00. "Selta Viqo" (İspaniya) - PAOK (Yunanıstan);

00:00. "Genk" (Belçika) - "Dinamo Zaqreb" (Xorvatiya);

00:00. "Nottingem Forest" (İngiltərə) - "Fənərbağça" (Türkiyə).

Seçilən
15
1
unikal.az

10Mənbələr