Bəzi Aİ ölkələri Avropa Parlamentinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı Avropa Komissiyasını məhkəməyə vermək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə Politico məlumat verir. Məqalədə deyilir: “Bəzi Aİ üzv dövlətləri Avropa Parlamentinə verilən səlahiyyətlərin genişləndirilməsi ilə bağlı məhkəməyə müraciət etməklə hədələyirlər”. Qeyd olunur ki, belə bir təşəbbüs ötən il Avropa Parlamenti ilə Avropa Komissiyası arasında əldə edilən və qanunverici orqanın qərar qəbuletmə baxımından səlahiyyətlərini genişləndirən razılaşmaya meydan oxuyur. Aİ üçün digər bir problem parlamentarilərin Cənubi Amerika Ortaq Bazarı ilə ticarət müqaviləsinin bağlanmasına təsirlərini artırmasıdır. Sazişin bağlanması rəsmi olaraq həyata keçirilsə də, sonuncu onun ratifikasiyasını təxirə salmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta