AZ

Azərbaycanın dostu fransalı nazir Makronun komandasından istefa verdi

Fransanın mədəniyyət naziri  Rəşidə Dati istefa ərizəsi yazaraq  hökumətə təqdim edib.

Ölkə.az BFMTV-yə istinadən xəbər verir ki, mədəniyyət naziri Rəşidə Datinin istefasının səbəbi Paris merinə keçirilən seçkilərlə bağlıdır. Bəyanatda deyilir: "Rəşidə Dati istefa ərizəsi təqdim edib və özünü tamamilə seçki kampaniyasına həsr etmək üçün hökumətdən ayrılacağını elan edib... Paris meri seçkiləri üçün", - deyə məlumatda bildirilir.

 Qeyd edək ki, Rəşidə Dati Azərbaycanaın yaxın dostlarından biri hesab olunur və hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən fransız siyasətçi olub. O dəfələrlə Azərbaycanda səfərdə olub. 

Avropada bəzi ölkələr  Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına qarşı çrikin kampaniya aparsa da, Avropa Parlamentinin deputatı  kimi Rəşidə Dati açıq şəkildə birinci Avropa Oyunlarını dəstəklədiyini bəyan edib. “Avropa Parlamentinin deputatı kimi, deyə bilərəm ki, şəxsən mən özüm, eləcə də bütün Avropa Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsini dəstəkləyirik. Bu uğur münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Azərbaycan bu Oyunlarla yeni bir tarix yazır. Bu tədbirə bütün Avropadan gəlirlər. Bu, onu göstərir ki, Azərbaycan yalnız bu regionda deyil, ümumilikdə bütün Avropa səviyyəsində mühüm, strateji bir ölkədir. İlk dəfə keçiriləcək Avropa Oyunları yalnız siyasi, iqtisadi baxımdan deyil, idmanın inkişafı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsi baxımından da mühüm bir tədbirdir”.

Azərbaycanı hər zaman şərtsiz dəstəkləyən bir siyasətçi olduğunu vurğulayan xanım Rəşidə Dati deyib: “Azərbaycana bir neçə dəfə səfər etmişəm, ölkənizi yaxşı tanıyıram. Azərbaycan istər yerli, istərsə də beynəlxalq səviyyədə milli və dini azlıqları müdafiə edən tolerant ölkədir. Həqiqətən də bu, çox vacib məsələdir. Dünyada çox az ölkə belə keyfiyyətlərə malikdir. Azərbaycan bu dəyərləri həmişə qoruyub saxlayır. Çox şadam ki, bu gün Azərbaycandayam”.
Qeyd edək ki, Rəşidə Dati 2007-2009-cu illərdə Fransa ədliyyə naziri, 2024-cü ildən mədəniyyət naziri vəzifəsini tutan fransız siyasətçidir. Mərakeş və Əlcəzair əsilli Dati, Fransa hökumətində nazir vəzifəsinə gətirilən ilk ərəb qadınıdır və Respublikaçılar Partiyasının üzvüdür. 7-ci dairənin meri və uzun müddət Avropa Parlamentinin üzvü kimi də fəaliyyət göstərib. 

 Mürtəza

Seçilən
28
3
olke.az

4Mənbələr