Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Özünü Xəzər TV-nin əməkdaşı kimi təqdim edən 34 yaşlı Şəhriyar Həsənzadə adlı şəxs polis tərəfindən saxlanılıb.
Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən şəxs telefonunun vatsapp profilinə Xəzər TV-nin loqosunu qoyaraq ayrı-ayrı sahibkarlara, habelə vəzifəli şəxslərə mesaj yazaraq, onlar haqqında rüsvayedici materiallar hazırladığını və yayımlanması üçün pul tələb edib.
Xəzər TV – in bu barədə sujetindən sonra polis həmin şəxsin müəyyən edərək saxlayıb.
Firuzə Mahmudova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.