AZ

Azərbaycan Ermənistana 4500 ton dizel göndərdi

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü davam etdirilir.

Aktual.az xəbər verir ki, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınıb.

Belə ki, 4500 ton dizel yanacağı bu ölkəyə göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.(axar.az)

Seçilən
17
17
ulusum.az

10Mənbələr