Birləşmiş Ştatlara məxsus hərbi kater Kuba akvatotiyasına daxil olaraq, kubalı sərhədçilərə atəş açıb. Bu barədə, Kubanın daxili işlər nazirliyinə istinadən məlumat verən Reuters agrntliyi bilditir ki, insident nəticədində 4 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
"ABŞ-ın Florida ştatı tərəfdən Kubanın dəniz sularına daxil olan sürətli kater kubalı əsgərlərə atəş açıb. Kuba hərbiçiləri cavab atəşi açıblar"- deyə məlumatda bildirilir.
Daha əvvəl xəbər vermişdik ki, ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, "Kubaya qarşı hərbi əməliyyat keçirmək o qədərdə çətin olmayacaq".
Baş verən insidentə baxmayaraq, ABŞ və Kuba arasında danışıqlar davam edir. ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Kuba ABŞ-ın şərtləri ilə razılaşnalıdır.
Rüstəm Hacıyev