AZ

Paşinyan: Ermənistanda Rusiya hərbi bazasının bağlanması gündəmdə deyil

Ermənistan ölkənin ərazisində fəaliyyət göstərən Rusiyanın hərbi bazasını bağlamağı planlaşdırmır.

"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada bəyan edib.

"Rusiyanın hərbi bazasının (Gümrüdə - red.) mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Biz Rusiyanın yaxın tərəfdaşlarıyıq, çox sıx iqtisadi və siyasi əlaqələrimiz var", - N.Paşinyan deyib.

Onun sözlərinə görə, bu gün İrəvən və Moskva arasındakı münasibətlər transformasiya mərhələsindən keçir: "Hazırda biz Rusiya ilə yeni münasibətlər formalaşdırırıq".

Seçilən
13
5
far.az

7Mənbələr