AZ

Nazir: Azərbaycanda plastik və estetik əməliyyatları həyata keçirməyə icazəsi olan 45 həkim var VİDEO

Bakı, 26 fevral, AZƏRTAC

Hazırda Azərbaycanda plastik və estetik əməliyyatları həyata keçirməyə icazəsi olan 45 həkim var. Onların siyahısı dərc olunub. İlbəil onların sayı arta bilər. Çünki rezidenturanı bitirən, xaricdə təhsil alıb qayıdan həkimlər var.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazirin sözlərinə görə, ölkədə plastik rekonstruktiv və estetik cərrahiyyə üzrə iki mərkəz yaradılıb. “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb. Tam kadrlarla təmin edilib və ən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləṣdirmə İnstitutunun kliniki bazası olan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası əsaslı təmin olunub. Yaxın günlərdə onun açılışı nəzərdə tutulur”.

Seçilən
1
3
azertag.az

8Mənbələr