AZ

Ata-baba yurdlarımıza qayıtmaq soydaşlarımızın tarixi haqqıdır - İcma sədri

Bakı. Trend:

Hədəfimiz, əsas məqsədimiz atababa yurdlarımıza qayıtmaqdır. Bu,soydaşlarımızın tarixi haqqıdır.

Trend xəbərverir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz ƏləkbərliXocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Anaharayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasındabildirib.

Onun sözlərinə görə, bu gün artıq işğaldan azad olunmuş suverenərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır:

"Xocalı bu gün yenidən abadlaşdırılır. Qarabağda ermənilərtərəfindən yerlə-yeksan edilmiş kəndlərimiz bərpa olunur və məcburiköçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarınaqayıdırlar. Qərbi Azərbaycanda da bizim ata-baba mülklərimiz,torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da bir gün özdoğma yurdlarına qayıdacaqlar. Biz buna əminik".

Seçilən
13
1
az.trend.az

2Mənbələr