Vardanyan Qarabağda peyda olan zaman doğma bacısının ağlayaraq yaxınlarına onun ora öz xoşu ilə getmədiyini, göndərildiyini dediyi haqda səs yazısı var. Vardanyanın Qarabağa göndərilənədək hansı əməllərdən çıxdığı da heç kimə sirr deyil. Konstantin Zatulin Rusiya dövlət kanalından Azərbaycanın üstünə qışqırılarkən bəlkə ondan qorxurlar ki, hələlik bizim şairlərin qəzəlini səsləndirən Ruben Vardanyan bir gün onların öz əlini, yəni milyardlarla pullarını necə leqallaşdırdığını da dilə gətirə bilər.
Ümumiyyətlə, Azərbaycana qarşı bu hibrid savaş nə üçündür, niyə aparılır? Cənab Prezidentin Münhendə vurğuladığı kimi, koordinatları verildiyi halda belə bizim Ukraynadakı obyektlərimizə, əsasən də diplomatik təmsilçiliyimizə nədən ard-arda zərbə endirilir? Ukraynaya humanitar yardım etdiyimizə görəmi? Axı ən yüksək səviyyədə "ukraynalılarla biz eyni millətik" deyən siz idiniz. Siz öz millətinizdən sandığınızı qışın oğlan çağında istisiz və işıqsız qoyduğunuz halda Azərbaycan generatorlar göndərir, yanacaqla təmin edir ki, onlar donmasınlar. Bu sizin Ermənistana, oradan da Qarabağa göndərdiyiniz milyardlarla dollarlıq silah-sursat deyil ki... Və biz o dövlət deyilik ki, İkinci Qarabağ savaşı zamanı sizin kimi Ermənistana silah göndərib adını da "tikinti materialı" qoyaq.
Soruşmaq istərdim ki, bir halda ölkəmizə qarşı bu cür hibrid hücumlar edilir və buna hətta Rusiya Dumasının MDB ölkələri üzrə əlaqələr komitəsi sədrinin müavinini də qoşurlar, onda biz o quruma və ordakı üzvlüyümüzə necə yanaşmalıyıq?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31