AZ

Yasamalda eyni zolağın üzərinə həm piyada, həm də velosiped nişanı niyə çəkilib? - AÇIQLAMA (FOTO)

Bakı.Trend:

Yasamal rayonu ərazisində, Abbasqulu ağa Bakıxanov küçəsindənCəfər Cabbarlı küçəsinə çıxışda salınan və üzərində həm piyada, həmdə velosiped nişanı olan yeni zolaq istifadəyə verilib.

Bu zolaq konkret olaraq kimlər üçün nəzərdə tutulub?Təhlükəsizlik qaydaları necə tənzimlənəcək və sürücülər üçün əlavənişanlama nəzərdə tutulubmu?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ iləbağlı Trend-əbildirilib ki, Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlıküçəsinə çıxışda piyadaların və mikromobillik vasitələriistifadəçilərinin müştərək istifadə edə biləcəkləri zolaqyaradılıb. Sözügedən hissədə səki olmadığı üçün piyada keçidindənkeçənlər hərəkətlərini həmin zolaqla davam etdirə bilərlər.

Qurumdan qeyd edilir ki, bu, səkinin təşkilinə kimi müvəqqətihəlldir.

"Piyada zolağının təşkilindən əvvəl də vətəndaşlar həmin yolsahəsindən aktiv istifadə edirdilər. Yaxınlıqda məktəb yerləşdiyiüçün günün müəyyən vaxtlarında buradan bir saat ərzində 1000 nəfərəyaxın piyada keçid kimi istifadə edir.

Qeyd edək ki, Vyana, Sürix, San-Fransisko, Melburn, Tallin,Praqa kimi müasir infrastruktura malik şəhərlərdə bu təcrübədəngeniş istifadə edilir. Mikromobillik istifadəçiləri yolun həminhissəsində piyadalara yol verərək hərəkət etməlidir".

Yasamalda
Yasamalda
Seçilən
74
6
az.trend.az

7Mənbələr