"Qarabağ"ın hücumçusu Kamilo Duran pley-offun ikinci oyununda İngiltərənin "Nyukasl" klubuna məğlub olduqdan (2:3, ilk oyun 1:6) sonra komandasının Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, kolumbiyalı instaqram hesabında bunları yazıb:
“Bu tarixi hadisənin bir hissəsi olduğum üçün Allaha minnətdaram. Dəstəklərinə görə azarkeşlərə və mesajlara görə hamıya təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandamızla fəxr edirəm”.
saytlarin hazirlanmasi