Bakı. Trend:
Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake-Xocalımeydanında yerləşən “Xocalı soyqırımı” abidəsi qarşısında faciənin34-cü ildönümü ilə əlaqədar əklil qoyulub, Xocalı qurbanlarınınəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Trend xəbərverir ki, mərasimdə Meksika-Azərbaycan Parlamentlərarası DostluqQrupunun rəhbəri deputat Dulse Mariya Viyyeqas, AzərbaycanRespublikasının Meksikadakı səfiri Seymur Fətəliyev, Mexiko ŞəhərHökumətinin Siyasi strategiyaların koordinasiyası üzrə direktormüavini Mariya Euxeniya de la O Flores, meydanda yerləşən kilsəninadministrativ məsələlər üzrə məsul əməkdaşı Karlos Mendoza,Səfirliyin heyəti və Meksikadakı Azərbaycan icmasının nümayəndələriiştirak edib.
Xatırladırıq ki, Tlakskoake-Xocalı meydanında Azərbaycanhökumətinin dəstəyi ilə aparılmış təmir-bərpa və abadlıq işlərininnəticəsi olaraq 2012-ci ildə həmin meydanın və “Xocalı soyqırımı”abidəsinin rəsmi açılış mərasimi olub.
Bundan əlavə, 2011-ci ildə Meksika Senatı və DeputatlarPalatasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşıhərbi təcavüzü məsələsi müzakirə edilib, Azərbaycanın haqlımövqeyini dəstəkləyən qətnamələr qəbul olunub, Xocalıda baş vermişcinayətlər “soyqırımı” ifadəsindən istifadə edilməklə qəti şəkildəpislənib.