AZ

“Oruc məşqlərə mane olmur, əksinə, çəkini qorumağa kömək edir” - Rəşad Rəsullunun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müqəddəs Ramazan ayında orucun idmançıların fiziki hazırlığına təsiri məsələsi yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Azərbaycan cüdo millisi sabah Daşkənddə start götürəcək Böyük Dəbilqə turnirində mübarizəyə qoşulacaq. Bununla bağlı federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu komandada oruc tutan idmançıların hazırlıq prosesindən danışıb.

Onun sözlərinə görə, yığmada oruc tutan cüdoçular var və onların məşq prosesi məşqçilər heyəti ilə yanaşı, peşəkar dietoloqun nəzarəti altındadır:

"Komandamızda oruc tutan idmançılar var. Onların məşq prosesi məşqçilər və peşəkar dietoloq tərəfindən nəzarətdə saxlanılır, hər biri üçün fərdi qidalanma proqramı tərtib olunur. Beləliklə, oruc hazırlığa mane olmur. Əksinə, idmançılara çəkilərini qorumağa və öz çəki dərəcələrindən kənara çıxmamağa kömək edir. Yarışlara gəlincə, turnirlərdə iştirak səfər sayılır və bu halda qaydalara əsasən orucu müvəqqəti saxlamaq mümkündür".

İdman.Biz
Seçilən
11
idman.biz

1Mənbələr