AZ

Koutinyo Rusiyaya transfer olunur

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya futbolunun tanınmış simalarından olan braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo karyerasını Rusiyada davam etdirə bilər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçuya Moskva təmsilçisindən rəsmi maraq olduğu bildirilir.

Məlumata görə, "ÇSKA" Moskva klubu sabiq "Barselona", "Liverpul" və "Bavariya" oyunçusunu azad agent statusunda heyətinə qatmaq niyyətindədir.

Bildirilir ki, futbolçunun son komandası olan Vasko da Qama ilə müqaviləsi onun şəxsi qərarı əsasında vaxtından əvvəl ləğv olunub. Buna Braziliya çempionatında keçirilən son oyunda azarkeşlərin narazılığı və Koutinyonun əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasına qayıtmaması səbəb göstərilir.

32 yaşlı yarımmüdafiəçi karyerası ərzində UEFA Çempionlar Liqası və Kopa Amerika daxil olmaqla bir sıra nüfuzlu titullar qazanıb. Braziliya millisinin formasında 68 oyuna çıxan futbolçu bu görüşlərdə 21 qol müəllifi olub. Rusiyaya mümkün transferin yaxın vaxtlarda rəsmiləşə biləcəyi qeyd olunur.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
news.milli.az

3Mənbələr