Bakı,26 fevral, AZƏRTAC
Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, abidənin önünə əklil və gül dəstələri qoyulub, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.