AZ

“AzərEnerji” ağacəkmə və anım tədbiri keçirib (FOTO)

Bakı.Trend:

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “AzərEnerji” ASCtərəfindən Bakıda və regionlarda tədbirlər təşkil olunub.

Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində ilk olaraq Xocalıqurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ağdaşrayonunda inşa edilən Batareya Enerji Saxlanc Sistemlərininərazisində ağacəkmə aksiyası keçirilib. Qeyd olunub ki, hazırdaAbşeron və Ağdaş rayonlarında ölkə tarixində ilk dəfə olaraq,ümumilikdə MDB məkanında ən iri Batareya Enerji Saxlanc Mərkəzləritikilir və ağacəkmə aksiyasının məhz bu ərazidə keçirilməsi Xocalıqurbanlarının xatirəsinə ehtiramın ifadəsi kimiqiymətləndirilir.

Daha sonra qurumun mərkəzi inzibati binasında anım mərasimitəşkil edilib. Tədbirdə Xocalı faciəsindən ötən 34 ili əhatə edənsənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən “AzərEnerji” ASC-nin sədri Baba RzayevXocalı soyqırımının xalqımızın yaddaşına heç zaman unudulmayan birtarix səhifəsi olduğunu bildirərək qeyd edib ki, 2023-cü ilsentyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə AzərbaycanOrdusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterrortədbirləri nəticəsində Xocalıda da düşməndən təmizləndi. BabaRazyevin sözlərinə görə bu gün Xocalı da daxil olmaqla bütünişğaldan azad olunan ərazilərdə Azərbaycan işığı yanır. “Özü dəhəmin işıq məhz azad edilən ərazilərdəki çayların üzərindəyaradılan Su Elektrik Stansiyalarında istehsal edilən “yaşılenerji” hesabına həyata keçirilir. Bu gün artıq Xocalı sakinləriişğaldan azad edilmiş doğma yurd-yuvalarına, Vətənlərinə geriqayıdırlar.”

Tədbirdə çıxış edən digər natiqlər də Xocalı faciəsininmiqyasından, qüdrətlənən Azərbaycan Dövlətinin şəhidlərin qanınıyerdə qoymamasından danışıblar.

“AzərEnerji”
“AzərEnerji”
“AzərEnerji”
“AzərEnerji”
Seçilən
7
5
az.trend.az

6Mənbələr