AZ

Muzeyə tarixi əhəmiyyətli jurnallar təqdim edilib

Yazını böyüt
Yazını kiçilt

Görkəmli təbrizli cərrah və publisist Cavad Heyətin Tehranda təsis etdiyi “Varlıq” jurnalının Ankarada nəşr olunmuş sayı (2023-cü il, № 31 (1)) və Tehran Universitetinin azərbaycanlı tələbələrinin nəşr etdiyi "Yol" həftəlik bülleteni (2002, № 1) Azərbaycan Yazıçılar Birliyinin üzvü, güneyli yazar Sayman Aruz tərəfindən muzeyin kitabxanasına hədiyyə edilib.

Hafta.az xəbər verir ki, təqdim edilən materiallar İran məşrutə hərəkatında mühüm rol oynamış Səttarxan, Xiyabani kimi azərbaycanlı inqilabçılar, M.Ə.Rəsulzadə, S.C.Pişəvəri və "21 Azər" hərəkatı, Azərbaycan və İran tarixinin, mədəniyyətinin, eləcə də filoloq yazar Həmid Nütqi kimi güneyli tədqiqatçıların yaradıcılığının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
27
hafta.az

1Mənbələr