AZ

Xavinin yeni iş yeri bilindi DÇ 2026 nın iştirakçısı ilə danışıqlar başladı

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandes milli komandada işləməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis Mərakeş millisinin baş məşqçisi vəzifəsinə əsas namizəddir. Mərakeş Kral Futbol Federasiyası Valid Reqraqinin fəaliyyətindən narazıdır və artıq onun yerinə namizəd olan Xavi ilə danışıqlar aparılıb.

İspan mütəxəssislə hələlik razılıq əldə edilməyib. 

Reqraqi Mərakeşi 2022-ci ildə Qətərdə keçirilən mundialın yarımfinalına çıxarıb ki, bu da Afrika komandası üçün turnir tarixində ən yüksək nailiyyətdir. Lakin onun komandası Afrika Millətlər Kubokunu qazana bilmədi - onlar 2023-cü ildə 1/8 finalda, bu il isə final matçında məğlub oldular. Məşqçinin DÇ-2026 başlamazdan əvvəl istefa verəcək. 

Qeyd edək ki, Mərakeş DÇ-2026-da Braziliya, Şotlandiya və Haiti ilə eyni qrupda yer alır. 

Xavinin son iş yeri 2021-ci ildən 2024-cü ilə qədər "Barselona" olub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
fanat.az

2Mənbələr