AZ

Tolikdən haqqında yayılan iddialara sərt CAVAB “Məni rahat buraxın!.."

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, prodüser-aparıcı Tarix Əliyev (Tolik) barədə son günlər mediada və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Məlumatlarda onun verilişinin bağlanacağı, eyni zamanda, Space TV-də musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunacağı bildirilirdi.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Tarix Əliyev barəsində dolaşan məlumatlara sərt reaksiya verib. O, açıqlamasında dəqiqləşdirilməmiş və təsdiqlənməmiş məlumatların yayılmasından narazılığını ifadə edib: “Əziz media nümayəndələri və jurnalistlər, xahiş edirəm ki, mənim haqqımda məlumat yayarkən evdən oturub "dırnaqarası jurnalistika" ilə məşğul olan mənbələrə deyil, dəqiq, etibarlı sayt və mənbələrə istinad edin. Instagram səhifələrini də belə qəbul etməyin. Mənimlə bağlı dəqiqləşdirilməmiş, təsdiqlənməmiş məlumatlar yaymayın və bunun üçün mənə narahatlıq yaratmayın”.

Qeyd edək ki, Tarix Əliyevin verilişinin bağlanacağı və yeni vəzifəyə təyin olunacağı ilə bağlı iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
www.bakupost.az

2Mənbələr