AZ

Həbs olunan məmurun adı İH nin saytında qalıb FOTO

Mia.az saytına istinadən ain.az xəbər verir.

Qaradağ Rayon İcra Hakimiyyətinin həbs edilən məmurlarının adları hələ də qurumun rəsmi saytında işçi kimi saxlanılıb.

Mia.az xəbər verir ki, br neçə gün əvvəl Binəqədi Rayon Məhkəməsi 2025-ci ilin noyabr ayında həbs olunan vəzifəli şəxslər barədə həbs tədbirinin müddətini uzadıb. 

Bu barədə yayılan məlumatda adı çəkilən Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin mütəxəssisi Nadirli Rəşad Sərdar oğlunun da cinaəy məsuliyyətinə cəlbi haqda fakt yer alsa da, icra Hakimiyyətinin rəsmi səhifəsində onun adı hələ də saxlanılıb. (http://qaradagh-ih.gov.az/az/aparatin-strukturu.html)

Maraqlıdır, 4 ay müddətində bu sadə məsələni həll etmək icra başçısı əvəzi üçün bu qədər çətindir?

Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Samir MUSAYEV

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
24
mia.az

10Mənbələr