AZ

Türkiyə-Azərbaycan biznes şurasının sədri: Ölkələrimiz bundan sonra da Qafqazda aparıcı rol oynayacaq və yeni təşəbbüslərin lideri olacaq  

ABŞ-nin Vitse-prezidentinin bu yaxınlarda Ermənistan və Azərbaycana səfəri region üçün çox önəmli hadisə idi. Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu da məhz bu səfərdən sonra keçirilir. Bilirik ki, ABŞ Qafqaz və Mərkəzi Asiyada investisiyalarını artırmaq niyyətindədir. Bütün bunlar sülh prosesinə töhfə verə biləcək mühüm inkişaflardır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan biznes şurasının sədri Səlcuk Akat söyləyib.

Onun sözlərinə görə, 1991-ci ildən bu günədək bir çox iri layihələri uğurla reallaşdırıblar: “Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), STAR Rafineriyası kimi böyük layihələr həyata keçirilib. Naxçıvan istiqamətində dəmir yolu və qaz xətləri çəkilib. Gürcüstan da bütün bu layihələrdə daim tərəfdaş və iştirakçı ölkə olub”.

Sədr bildirib ki, yeni mərhələdə daha iri və strateji layihələrin icrası planlaşdırılır: “Türkiyə və Azərbaycan indiyədək olduğu kimi, bundan sonra da Qafqazda aparıcı rol oynayacaq və yeni təşəbbüslərin lideri olacaq”.

S.Akat əlavə edib ki, hazırda Qafqaz regionunda əsas prioritet istiqamətlər logistika və bərpaolunan enerjidir: “Azərbaycan üçün isə ən mühüm məsələlərdən biri Qarabağın yenidən qurulmasıdır. Bu çərçivədə yeni layihələr üzərində iş aparılır”.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr