AZ

İrəvan Tbilisidən izahat istəyir: Bu maşınlar niyə buraxılmır?

İrəvan Kobi terminalında (TIR parkı) Ermənistan yük maşınlarının saxlanılması ilə bağlı Gürcüstan tərəfindən izahat gözləyir.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Əvvəllər bildirilirdi ki, əsasən tikinti materialları ilə yüklənmiş Ermənistanın müxtəlif ixracatçılarına məxsus 100-dən çox yük maşını Gürcüstanda ilişib qalıb. Daşıyıcılar “Sputnik Armenia”ya bildiriblər ki, problem 12 fevralda yaranıb: yük maşınları Yuxarı Lars keçid məntəqəsinin yaxınlığında yerləşən Kobi terminalında (TIR parkı) saxlanılıb. Sürücülər sənədləri ilə bağlı heç bir problemlərinin olmadığını iddia edirlər, lakin Gürcüstan tərəfi onlara gecikmənin səbəbini dəqiq izah etməyib.

Nazir qeyd edib ki, bu məsələni gürcü həmkarı Mariam Kvrivişvili ilə İrəvanda görüşündə qaldırıb. O bildirib ki, bu məsələ onun idarəsinin səlahiyyətlərinə aid deyil. Bu məsələ ilə Gürcüstan Maliyyə Nazirliyinə tabe olan maliyyə polisi məşğul olur.

Papoyanın sözlərinə görə, maliyyə polisi Gürcüstan tərəfindən verilən məlumatlara əsaslanaraq "risklər" müəyyən edib.

Seçilən
10
1
publika.az

2Mənbələr