AZ

Maka Boçorişvili: “Britaniya səfirindən izahat tələb etdik”

Yazını böyüt
Yazını kiçilt

“Böyük Britaniya səfirindən “Imedi” və “Postv” televiziya kanallarına sanksiya tətbiqinin əsaslarını təqdim etməsini tələb etmişik.

Hafta.az yazır ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib. Onun sözlərinə görə, sanksiyanı əsaslandıran heç bir sübutu və ya sənədi görməyib.

“Bizə heç nə təqdim olunmayıb və təbii olaraq düşünmürük ki, Londonda kimsə ‘Postv’ və ya ‘Imedi’ kanallarını izləyir. Sanksiya qərarı, təbii ki, Tbilisidən göndərilən məlumatlara əsaslanıb. Səfirdən tələb etdik ki, televiziya kanalları ilə bağlı aparılan qiymətləndirmələrin hansı əsaslara söykəndiyini izah etsin. Mən heç bir sübut və ya sənəd görməmişəm. Yalnız qərarın əsasında duran qiymətləndirmələri eşitmişəm, lakin onların nə əsaslarla, guya Rusiyanı gücləndirir, Ukraynanı zəiflədir və ya Gürcüstan cəmiyyətinin Ukraynanın ərazi bütövlüyünü pozduğunu əsaslandırdıqlarını eşitməmişəm. Bu, iddia və qiymətləndirmələrdir, biz onları bölüşmürük. Bunun üçün sübutlar lazımdır və ümid edirik ki, təqdim olunacaq bir şey olacaq ki, qərarın müəyyən əsası olduğuna inanmaq mümkün olsun. Lakin gözləyirəm deyə bilmərəm”, – deyə Boçorişvili bildirib.

Onun sözlərinə görə, bu, Gürcüstan cəmiyyətinə birbaşa hücumdur, çünki qərar yerli televiziya kanallarını məhdudlaşdırır.

“Mən səfirə sual verdim: paytaxta yanlış informasiya ötürməkdə məqsədiniz nədir, hansı ki, belə qərarların əsasını təşkil edir? Bu, birbaşa hücumdur və biz bunu qəbul edə bilmərik, eyni zamanda belə bir qərarın Rusiyanı zəiflətməyə xidmət etdiyini də qəbul etmirik”, – deyə Boçorişvili əlavə edib.

Qeyd edək ki, Böyük Britaniya hökuməti “Imedi” və “Postv” kanallarına sanksiya tətbiq edib. Bu səbəbdən səfir Qaret Uard Gürcüstan Xarici İşlər Nazirliyinə izahat vermək üçün çağırılmışdı. Səfir bununla bağlı mediaya şərh verməyib.

Seçilən
11
hafta.az

1Mənbələr