AZ

Komandama çox inanıram Domeniko Tedesko

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Komandama çox inanıram" - Domeniko Tedesko

Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasının pley-off mərhələsində "Nottingem Forest"ə (İngiltərə) qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, UEFA-ya açıalqmasında deyib ki, ilk matçdakı 0:3 hesablı məğlubiyyətə baxmayaraq, ümidlərini itirməyiblər:

“Bizim üçün hələ heç nə bitməyib. İngiltərəyə əzm və möcüzə yaratmaq istəyi ilə yollanırıq. Zədələrlə bağlı vəziyyət yaxşı deyil, amma mənim işim çıxış yolu tapmaqdır. Təzyiq və gərginliyin öhdəsindən gəlirəm, lakin bunun futbolçularımı yükləməsini istəmirəm. Komandama çox inanıram. Hər kəs maksimumunu ortaya qoyacaq”.

Qeyd edək ki, ilk qarşılaşmada İstanbul təmsilçisi doğma meydanda 0:3 hesabı ilə uduzub. Cavab matçı bu gecə İngiltərədə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
qol.az

2Mənbələr