AZ

“Beşiktaş” kapitanına görə iki təklifi geri çevirdi

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Beşiktaş”ın bu qış “İnter”dən mövsümün sonuna qədər icarəyə götürdüyü Kristyan Asllani vətəni Albaniyanın mətbuatına açıqlamalar verib. "Football-plus.az" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin Türkiyə karyerası qəribə olayla start götürdü. O, debüt matçında meydana çıxandan cəmi 6 dəqiqə sonra qırmızı vərəqə aldı. Ancaq cəzası başa çatandan sonra Sərgən Yalçın ötən tur bu futbolçuya start heyətində yer verdi. Asllanini dinləyək: “Bura hələ ki icarə əsasında gəlmişəm. Amma daimi qalmaq istəyirəm. “Beşiktaş” çox böyük klubdu, həmişə çempionluğa oynayır. Mən də burda çempionluq yaşamaq istəyirəm. “Beşiktaş” bir futbolçunun arzuladığı hər şeyə sahibdi. Klubun möhtəşəm fanatları var. Sərgən Yalçının məndən nələr gözlədiyini bilirəm. Əlimdən gələni edərək kluba faydalı olmağa çalışacam. Burda böyük uğurlar qazanacağımı hiss edirəm”.Yeri gəlmişkən, “Beşiktaş”ın bu qış Orkun Kökçüyə görə iki ciddi təklif aldığı məlum olub. Bilindiyi kimi, ötən yay “Benfika”dan “25+5” milyon avroya transfer edilən bu futbolçu ilk aylarda çox tənqid olunurdu. Baxmayaraq ki, Sərgən Yalçının qərarı ilə ona hətta kapitan sarğısı da etibar olundu. Uzun müddət qol hesabını aça bilməyən Orkun son oyunlarda isə coşmağa başlayıb. Türkiyə yığmasının üzvü son 5 rəsmi oyunun hər birində fərqlənərək peşəkar karyerasında bir ilkə imza atıb. Sən demə, Rusiya nəhəngi “Zenit” Orkuna görə qışda iki dəfə “ağ-qaralar”ın “qapısını döyüb”. İstanbul nəhəngi ilk təklifi düşünmədən geri çevirəndən sonra Sankt-Peterbuq klubu 30 milyon avroluq ikinci təkliflə müraciət edib. Ruslar hətta transferin indi tamamlanmasına və Orkunun mövsümün sonuna qədər “Beşiktaş”da qalmasına da razı idilər. Amma kapitanından razı qalan və bu futbolçu ilə bağlı uzun üddətli planları olan “qartal” onu satmaqdan imtina edib. Ümumiyyətlə, astronomik təklif gələnə qədər “Beşiktaş” Kökçünü satmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr