AZ

"Qalatasaray" və “Beşiktaş” məşhur futbolçu ilə maraqlanır

BAKI, 26 fevral. TELEQRAF

Almaniya Bundesliqası təmsilçisi “Bavariya”nın koreyalı futbolçusu Min-çe Kim karyerasını Türkiyədə davam etdirə bilər.

Teleqraf TZ nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin adı Superliqa təmsilçiləri “Qalatasaray” və “Beşiktaş”la hallanır.

İddialara əsasən, “Qalatasaray” rəhbərliyi futbolçu barədə onun keçmiş komanda yoldaşları Viktor Osimhen və Saşa Boyla məsləhətləşib. Klubun skautlarının da qış fasiləsində Min-çe Kimi müdafiə xətti üçün ideal namizəd kimi hesabatlarında qeyd etdikləri vurğulanır.

Min-çe Kimlə daha əvvəl “Çelsi” və “Milan” klubları da maraqlanmışdı. Almaniya klubuna illik təxminən 17 milyon avro qazanan Min-çe Kimin yay transfer pəncərəsində komandadan ayrılacağı ehtimal olunur.

Xatırladaq ki, “Bavariya” Cənubi Koreyalı müdafiəçini 2023-cü ilin yayında “Napoli”dən 50 milyon avro transfer haqqı qarşılığında heyətinə qatmışdı. Lakin futbolçunun hazırkı bazar dəyəri 25 milyon avro səviyyəsinə enib. Cənubi Koreyalı stoper Superliqada əvvəl “Fənərbağça”nın formasını geyinib, 40 oyunda meydana çıxıb və daha sonra 19 milyon avro qarşılığında “Napoli”yə transfer olunmuşdu.

Seçilən
18
teleqraf.com

1Mənbələr