AZ

ABŞ Özbəkistan vətəndaşı və şirkətinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Özbəkistan vətəndaşı Azizjon Mamaşoyev və onun təsis etdiyi “Advance Security Solutions” şirkətinə sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, onun pasport və digər məlumatları Xüsusi Təyinatlı Şəxslər (SDN) siyahısına daxil edilib və ABŞ sanksiyalarından yayınmaq cəhdləri ilə əlaqələndirilən Rusiya vətəndaşı Sergey Zelenyuk ilə mümkün əlaqəsi qeyd olunub.

2025-ci ildə qeydiyyatdan keçmiş və Dubay ilə Daşkənddə proqram təminatı inkişafı sahəsində fəaliyyət göstərən “Advance Security Solutions” “hücum xarakterli kibertəhlükəsizlik şirkəti” və haker vasitələri təqdim edən “eksploit broker” kimi təsvir edilib. OFAC bildirib ki, şirkət ABŞ istehsalı proqram təminatlarında boşluqların aşkarlanmasına görə mükafatlar təklif edib və Mamoşoyevə məxsus və ya onun nəzarətində olan, yaxud onun adından fəaliyyət göstərən qurum kimi sanksiyaya məruz qalıb./Teleqraf

Seçilən
1
2
bakivaxti.az

3Mənbələr