AZ

Bankların nağd dollar ticarətinin həcmi açıqlanıb

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 260 milyon 423 min təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36.5% və ya 149.9 milyon ABŞ dolları azalıb.

Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7.5% artaraq 124.9 milyon, satışı isə 2.2 dəfə azalaraq 135.6 milyon təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 2.7% azalaraq 9.5 milyon, satışı isə 2.1 dəfə azalaraq 8.1 milyon təşkil edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
13
cebheinfo.az

10Mənbələr